METBUAT.AZ

İdman

"Real" və "Siti"nin təklif göndərdiyi futbolçuya fantastik qiymət qoyuldu

4 Oktyabr 2024 11:19

“Bayer Leverkuzen” ulduz futbolçu Florian Virtzin transfer qiymətini müəyyən edib.

Metbuat.az xəbər verir ki, “Bayer Leverkuzen”lə 2027-ci ilə qədər müqaviləsi olan Virtzin gələn mövsüm klubdan ayrılacağı deyilir. “Sport Bild”in məlumatına görə, “Bayer Leverkuzen” futbolçu üçün 150 milyon avro tələb edir. "Bavariya" futbolçu ilə ciddi maraqlanır. Florian Virtzi "Real Madrid", "Mançester Siti" və "Arsenal" da transfer etmək istəyir. Bildirilir ki, “Real” və "Mançester Siti" futbolçunu transfer etmək üçün daha çox səy göstərməyə hazırdır.

İddia edilir ki, "Mançester Siti" rəhbərliyi Pep Qvardioalanın klubda qalacağı təqdirdə onun bəyəndiyi futbolçu olan Florian Virtzi transfer edəcəyini bildirib.


metbuat.az.