METBUAT.AZ

Gündəm

Renat Dadaşovun komandası qələbə qazandı

19 Oktyabr 2024 09:02

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov "Ankaragücü"nün heyətində növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Türkiyə 1-ci Liqasının IX turunda Dadaşovun komandası "Yeni Malatyaspor"la səfərdə qarşılaşı. "Ankaragücü" rəqibini 3:0 hesabı ilə məğlub edib.

Renat Dadaşov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və oyunun 82-ci dəqiqəsində meydana daxil olub.

Bu qələbə ilə "Ankaragücü" 13 xal toplayaraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib.


metbuat.az.