26 Oktyabr 2024 20:16
“Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 10 il ötür.
2014-cü ildə onlayn media məkanında yayıma başlayan “Report” Azərbaycan, rus və ingilis dillərində operativ xəbərlər təqdim edərək siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə həm ölkədə, həm də dünyada ən vacib hadisələri işıqlandırmaqla geniş oxucu kütləsinin etimadını qaza bilib.
Agentliyin müxbir postları Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, beynəlxalq arenada da öz mövqeyini möhkəmləndirib. Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları vasitəsilə həmin ölkələrdəki mühüm hadisələri və Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı məqamları daimi izləyir.
Peşəkar jurnalistlər yetişdirmək məqsədilə təsis edilən Report Media Məktəbi isə gənclərin praktik bilik və bacarıqlarını inkişaf etdirməkdə mühüm rol oynayır, mətbuat sahəsində yeni nəslin peşəkarlığa yiyələnməsinə töhfə verir. Müxtəlif beynəlxalq və yerli tədbirlərdə informasiya dəstəkçisi olan “Report” hazırda "Global Media Group" şirkətinin tərkibində fəaliyyətini davam etdirir.
Metbuat.az olaraq həmkarlarımızı bu önəmli yubiley münasibətilə təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq!
Fotolar: Azərtac