METBUAT.AZ

İdman

Ronaldo baxımlı qol vurdu, komandası qələbə qazandı -

1 Oktyabr 2024 03:27

Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun heyətində növbəti qola imza atıb.

Metbuat.az xəbər verir ki, Əl-Nəsr" Asiya Futbol Konfederasiyasının Çempionların Elit Liqasının ikinci turu çərçivəsində Qətərin "Ər-Rayyan" komandasını qəbul edib. Ronaldo, hesab 1-0 "Əl-Nəsr"in xeyrinə olarkən 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb. Qonaqlar isə bir dəfə fərqləniblər. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.



metbuat.az.