METBUAT.AZ

İdman

Ronaldonun qolu “Əl-Nəsr”ə 3 xal qazandırdı

19 Oktyabr 2024 03:18

Səudiyyə Ərəbistanı çempionatında 7-ci turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geydiyi “Əl-Nəsr” səfərdə “Əl-Şabab”ın qonağı olub. Matç “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandaya 3 xal qazandıran qolu 90+7-ci dəqiqədə Ronaldo vurub.

Bu qələbə sayəsində xallarının sayını 17-ə çatdıran “Əl-Nəsr” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Ronaldonun komandası lider “Əl-Hilal”dan 4 xal geri qalır.


metbuat.az.