16 Oktyabr 2024 17:15
Müğənni Kərim Abbasov 15 il əvvəl həmkarı Xalq artisti Röya Ayxanla iştirak etdiyi toyların birində aldıqları külli miqdarda qonorarın məbləğini açıqlayıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.
Kərim bildirib ki, yəhudi məclisində o 28 min “şabaş” yığıb, Röyaya isə 45 min dollar qonorar verilib:
“15 il əvvəl yəhudilərin toy məclisində həmkarım Röya Ayxanla iştirak edirdik. Mərasimi isə həmkarım Xəyyam Nisanov aparırdı. Həmin məclisdən mən dollar və avro qarışıq olaraq 28 min şabaş yığmışdım. Mən və Röya məclisdə mahnılarımızı oxuyandan sonra bizi dairəyə aldılar. Biz ev yiyələri ilə rəqs elədik. Mənə və Röyaya o qədər şabaş verdilər ki, yığıb-yığışdıra bilmirdik. Səhərə kimi pulları saydıq. O şabaşdan Röyaya da, mənə də pay düşdü. Yerdə yığılan şabaşı yəhudi məclisində heç kim yığa bilməz. Kimin üçün onu atıblarsa, ona da gedib çatır. O şabaşı bizə 10-12 dəqiqənin içində verdilər. Röya o məclisə çox qəşəng qonorara - 30 dəqiqəlik çıxış üçün 45 min dollara gəlmişdi”.