METBUAT.AZ

Dünya

Rusiya ərazisində güclü zəlzələ oldu

24 Oktyabr 2024 10:37

Rusiyanın Şimali Kuril adaları yaxınlığında 6,2 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova məlumat yayıb.

Yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alan və ya dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi mövcud deyil.


metbuat.az.