26 Oktyabr 2024 23:39
Rusiyanın Kirov vilayətində təcili tibbi yardım xidmətinə aid Mi-2 helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, qəza Kirov vilayətinin Darovski rayonunun Beleyenki kəndi yaxınlığında baş verib.
Helikopterdə 1 pilot və 3 həkim olmaqla ümumilikdə 4 nəfər olub. Oonların hamısı həyatını itirib.