METBUAT.AZ

Dünya

Rutte Ukraynanın "zəfər planı"ndan danışdı

16 Oktyabr 2024 21:25

NATO-nun Ukraynanın Rusiyaya qarşı "zəfər planı" ilə bağlı məlumatları var.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O bildirib ki, müttəfiqlərlə qələbə planı müzakirə edilib. Onun sözlərinə görə, Ukraynanın "zəfər planı" nəzərdə keçirilir. NATO müdafiə nazirlərinin Vaşinqton Zirvə Toplantısından sonra ilk dəfə bir araya gələcəklərini ifadə edən Rutte deyib:

“NATO baş katibi olaraq qatılacağım ilk nazirlər toplantısını səbirsizliklə gözləyirəm. Bu formatda Hind-Sakit okean tərəfdaşlarımız Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya ilk dəfə bizə qoşulacaq və bu, böyük bir yenilik olacaq”


metbuat.az.