27 Oktyabr 2024 23:02
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili müxalifətin parlament seçkilərindəki məğlubiyyətinin ardından kütləvi etirazların vaxtının gəldiyini bildirib.
Metbuat.az xəbər verir ki, Saakaşvili bu burada öz feysbuk səhifəsində paylaşıb.
"Əlbəttə ki, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpmək və aldanmış hiss etmək zamanı deyil. İndi kütləvi etirazların vaxtıdır. Dünyaya azadlıq uğrunda mübarizə aparan və ədalətsizliyə dözməyən insanlar olduğumuzu göstərməliyik. Bir dəqiqə belə itirməməliyik", - deyə Saakaşvili qeyd edib.