METBUAT.AZ

Ölkə

Sabah Bakıda yağış yağacaq?

4 Oktyabr 2024 15:26

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.


metbuat.az.