17 Oktyabr 2024 16:45
18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək.
Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı fərqli fikirlər dolaşır.
Metbuat.az xatırladır ki, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayram sayılır. Yəni sabah iş günüdür.
Qeyd edək ki, 18 oktyabr 2021-ci ildən etibarən "Dövlət Müstəqilliyi Günü"nün adı dəyişdirilərək "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir.
Zaur Əliyev / Metbuat.az