METBUAT.AZ

Hadisə

Şabranda kanalda meyit aşkarlandı

26 Oktyabr 2024 20:58

Samur Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.

Metbuat.az xəbər verir ki, əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Cəsədin sudan çıxarılması prosesi həyata keçirilir. Onun şəxsiyyəti və kanala hansı səbəbdən düşməsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.


metbuat.az.