METBUAT.AZ

Ölkə

Selin baş verdiyi Hacıqabulda son vəziyyət necədir? -

14 Oktyabr 2024 23:35

Bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib.

Metbuat.az xəbər verir ki, nəticədə rayonda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir.

Sakinlərin sözlərinə görə, belə hadisənin baş verməsini gözləmirdilər:

"Həyətimiz palçığın içindədir. Səhərdən həyətdə palçıq təmizləyirik. Sel bizi yaman günə qoydu. Toyuq-cücəmiz məhv olub, fəlakətdir".

Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib ki, 13 oktyabrdan selin yaratdığı fəsadlarla bağlı işlər görülür:

"Rayon ərazisində həyətyanı sahələrdən, evlərdən və zirzəmilərdən suyun çəkilməsi ilə bağlı işlər icra olunur. Rayonda elektrik enerjisinin verilişi həmin gün bərpa olunub. Hacıqabul və Şirvan rayonları arasında olan dəmiryolunun bərpası işləri "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilir. Güman edirik ki, qısa müddətdə qatarlar sərnişinlərin istifadəsinə veriləcək".

Ətraflı Baku TV-nin süjetində:



metbuat.az.