METBUAT.AZ

Şou

Sevil və Sevinc bacıları bu qədər maaş alırmış

28 Oktyabr 2024 13:03

Sevil və Sevinc Səfərova bacıları televiziyada çalışarkən aldıqları maaşı açıqlayıblar.

Metbuat.az olay.az-a istinadən bildirir ki, “Xəbərin var?” verilişində qonaq olan əkizlər bildirib ki, ən az maaşı “Xəzər” telekanalında çalışarkən alıblar.

“Adama 400 manat maaş alırdıq. Ödənişli gələn qonaqlardan, sponsorlardan da pul ödəmirdilər. Öz gətirdiyimiz sponsorlardan da faiz ödəmirdilər. ATV-də isə adama 3 min manat maaş alırdıq”, - əkiz bacılar deyib.


metbuat.az.