23 Oktyabr 2024 22:45
Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə imkanları da daxil olmaqla, çəkindirici gücünü artırmağa çağırıb.
Metbuat.az xəbər verir ki, Kim strateji obyekt hesab edilən və yeri açıqlanmayan raket bazalarına baxış zamanı danışıb. Yonhap agentliyinin xəbərinə görə, ABŞ-ın strateji nüvə alətlərinin Şimali Koreyanın təhlükəsizliyinə təhlükə yaratdığını deyən Kim bildirib ki, Pxenyan çəkindirici gücünü artırmalıdır.Bildirilib ki, hərbi bazaların yoxlanılması zamanı buraxılış qurğularının əsas funksiya və imkanları, strateji raket bölmələrinin əməliyyat hazırlığı yoxlanılıb.
Xarici KİV-lərin məlumatına görə, ABŞ-da keçiriləcək seçkilər öncəsi Şimali Koreya gərginliyi artırmağa və ballistik raket sınaqlarına cəhd edə bilər.