METBUAT.AZ

Dünya

Şimali Koreya Seulu düşmən elan etdi

18 Oktyabr 2024 12:57

Şimali Koreya əsgərləri Cənubi Koreyanı düşmən dövlət kimi görməlidir.

Metbuat.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In belə açıqlama verib. Şimali Koreyanın ordu qərargahını ziyarət edən Kim əsgərlərə bildirib ki, Cənubi Koreyaya qarşı hər hansı güc tətbiqi düşmən ölkəyə qarşı qanuni qisas aktıdır. Kim qeyd edib ki, Şimali Koreya Cənubi Koreya ilə birləşən bəzi yolları partlatmaqla Pxenyanın Seulla əlaqələri tamamilə dayandırdığını ortaya qoyub. Şimali Koreya lideri Kim deyib ki, bu hadisə həm də Şimali Koreyanın suverenliyi pozulacağı təqdirdə qoşunların Cənubi Koreyaya qarşı güc tətbiq etməkdən çəkinməyəcəyinin bəyanıdır.

Qeyd edək ki, Şimali Koreya ölkə konstitusiyasına etdiyi dəyişikliklə görə, Cənubi Koreyanı düşmən dövlət kimi tanıyıb.


metbuat.az.