METBUAT.AZ

Dünya

Şimali Koreyada 1,4 milyon nəfər hərbi xidmət üçün müraciət etdi

17 Oktyabr 2024 08:25

Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Pxenyan administrasiyası bölgədə təhlükəsizlik narahatlıqlarını artıracaq açıqlama verib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya rəhbərliyi 1,4 milyondan çox gəncin könüllü olaraq hərbi xidmət üçün müraciət etdiyini açıqlayıb. Açıqlamada deyilir ki, bütün ölkədə gənclər və tələbələr orduya qoşulmaq və ya yenidən qoşulmaq üçün ərizələr imzalayaraq, düşməni məh etməyi vəd ediblər. Bəyanatda Cənubi Koreyanın pilotsuz uçuş aparatları göndərərək Şimali Koreyanın suverenliyini pozduğu xatırladılıb.

Bildirilib ki, Şimali Koreyalı gənclərin orduya qoşulmaq istəyi düşmənə nifrət və qisas istəyindən irəli gəlir. "Müharibə başlayarsa, Cənubi Koreya xəritədən silinəcək. Düşmən müharibə istədiyi üçün biz onun varlığına son qoymağa hazırıq" deyən bəyanatda qeyd edilib.


metbuat.az.