METBUAT.AZ

Hadisə

Sinif yoldaşını bıçaqlayan şagird saxlanıldı

2 Oktyabr 2024 12:28

Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


metbuat.az.