18 Oktyabr 2024 08:25
Smartfon dünyasında gərgin rəqabət davam edir.
Metbuat.az xəbər verir ki, bu sahənin güclü şirkətlərindən olan Xiaomi maraqlı mobil telefonla gündəmə gəlmək istəyir. Məlumata görə, Xiaomi ikiyə bölünə bilən telefonlar istehsal edib. Bundan əvvəl bir sıra şirkətlər qatalana bilən telefonlar istehsal etsə də, uğur qazana bilməmişdi. İddialara görə,
“Huawei”, “Xiaomi” və “Samsung” kimi şirkətlər qatlana bilən telefonlarla bağlı problemin həllini tapıblar. Lakin bu sahədə hələ də problemlərin qaldığı bildirilir. Bildirilir ki, Xiaomi daha da irəli gedərək, ikiyə bölünərək ayrıla bilən iki telefon təqdim edəcək. Telefonun imkanlarına görə, digər telefonlardan geri qalmayacaq. Məlumata görə, yeni telefon foto və ya video çəkmək üçün dönə biləcək.