28 Oktyabr 2024 20:45
"Apple", "Samsung", "Google" və digər texnologiya şirkətləri, ürək ritmi və qan oksigen səviyyəsini ölçə bilən müxtəlif cihazlar təqdim etsələr də, bu cihazların heç biri qandakı şəkər səviyyəsini ölçə bilmir.
Metbuat.az xəbər verir ki, texnologiya nəhəngləri apteklərdə satılan ucuz şəkər ölçən cihazlarından alınan sadə məlumatları təqdim etdikləri proqramlarına qeyd edir, statistik analizlər aparırlar. Lakin barmağı deşmədən, qansız şəkər ölçümü sahəsində hələ də əhəmiyyətli irəliləyiş əldə olunmayıb. "Apple"ın uzun müddətdir invaziv olmayan qan şəkəri ölçümü üzərində çalışdığı bildirilir. "Bloomberg"in məlumatına görə, "Apple" prediyabetik şəxslər üçün xüsusi tətbiqi test edib. Bu üsulla şirkət prediyabeti olan şəxslərin vəziyyətinin şəkərli diabetə çevrilməməsi üçün qidalanma nizam-intizamına əməl edilməsinə kömək etməyi hədəfləyir.
"Apple"ın bu tətbiqi yaxın zamanda təqdim edəcəyi gözlənilmir. Bununla belə, bu cür texnologiyalar gələcəkdə invaziv olmayan şəkər ölçümü üçün bazaya çevrilə bilər.