METBUAT.AZ

Hadisə

Sumqayıtda qadın toy zamanı qəfil öldü

12 Oktyabr 2024 21:31

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.