METBUAT.AZ

Hadisə

Sumqayıtda usta faciəvi şəkildə öldü

28 Oktyabr 2024 16:04

Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub.

Qoşqar Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.