METBUAT.AZ

Ölkə

Susuz qalan qəsəbələrə bu tarixdə su veriləcək

9 Oktyabr 2024 17:46

Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbi ilə aparılan təmir işləri başa çatıb.

Mtebuat.az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda suyun durulma prosesi gedir:

“Bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq”.

Qeyd edək ki, sözügedən su xətdində baş verən qəzaya görə 1 həftəyə yaxındır Zeynalabdin Tağıyev, Müşfiqabad, 28 May və Güzdək qəsəbələrinə su verilmir.


metbuat.az.