METBUAT.AZ

Ölkə

Tağı Əhmədov vəfat etdi

18 Oktyabr 2024 21:03

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova “Qafqazinfo”ya təsdiq edib.

Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.


metbuat.az.