METBUAT.AZ

Ölkə

TƏBİB-dən Tağı Əhmədovun vəfatı barədə açıqlama

18 Oktyabr 2024 22:41

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verirlib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Saat 21:07-də çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.


metbuat.az.