METBUAT.AZ

Texnologiya

​TikTok-a müdaxilə edildi -

21 Oktyabr 2024 15:49

TikTok bir işçini süni intellekt (AI) modellərindən birinin işinə zərərli müdaxilə etdiyi üçün vəzifəsindən çıxarıb.

Metbuat.az xəbər verir ki, ChatGPT-yə bənzər süni intellekt çatbotu olan Doubao Çində ən populyar süni intellekt proqramlarından biri kimi tanınır. Təcrübəçi işçi süni intellektin fəaliyyətinə zərər verməyə çalşıb. Bildirilir ki, sözügedən şəxs reklam texnologiyası komandasında təcrübəçi işləyib və süni intellektlə bağlı heç bir təcrübəsi olmayıb. Şirkət bildirib ki, kommersiya onlayn əməliyyatları və AI modelləri təcrübəçinin hərəkətlərindən təsirlənməyib.

Qeyd edək ki, həmin işçinin süni intellekt təlim sistemini təşkil edən minlərlə güclü qrafika emal bölməsindən ibarət sistemə ziyan vurduğu iddia edilirdi. Ziyanın 10 milyon dollar olduğu irəli sürülmüşdü. Şirkət iddiaları rədd edib.


metbuat.az.