METBUAT.AZ

İdman

Torres tarixi klubun baş məşqçisi olur

2 Oktyabr 2024 14:49

Fernando Torres Bundesliqa 2-də çıxış edən “Şalke 04”ün baş məşqçisi vəzifəsinə namizədlər arasındadır.

Metbuat.az xəbər verir ki, Karel Geraertsi istefaya göndərən Almaniyanın “Şalke 04” komandası “Liverpul”un keçmiş hücumçusu Fernando Torresi yeni baş məşqçi kimi heyətinə qatmaq istəyir. Hazırda Bundesliqa 2-də 13-cü yerdə qərarlaşan "Şalke" 7 matçda cəmi iki qələbə qazanıb və “Darmştadt”a 3:5 hesabı ilə uduzduqdan sonra Geraerts ilə yollarını ayırıb.

İspaniya mətbuatında yer alan xəbərə görə, “Şalke 04” “Real Madrid Castilla”nın məşqçisi Raulu kluba gətirmək istəsə də, keçmiş futbolçu təklifi rədd edib. Ardınca "Şalke 04" diqqətini Torresə çevirib. Torres hazırda "Atletiko Madrid"in ehtiyat komandasını çalışdırır və "Şalke"nin oyun fəlsəfəsinə uyğun profil hesab olunur.


metbuat.az.