METBUAT.AZ

Hadisə

Tovuzda şərab zavodu yanır

17 Oktyabr 2024 10:04

Tovuzda şərab zavodu yanır.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbiriləri davam etdirilir. Əlavə məlumat veriləcək.


metbuat.az.