METBUAT.AZ

Dünya

Trampa üçüncü sui-qəsdin qarşısı alındı

14 Oktyabr 2024 17:06

ABŞ-da prezidentliyə namizəd Donald Trampa üçüncü sui-qəsdin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Riversayd dairəsinin polis rəisi Çad Biankoeski açıqlama verib. Bildirilib ki, polis Trampın Coachella vadisində seçki mitinqinin keçiriləcəyi ərazidən yarım kilometr aralıda nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış keçirib. Baxış zamanı mitinqə saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança ələ keçirilib. Çad Biankoeski qeyd edib ki, Vem Miller adlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilir.


metbuat.az.