26 Oktyabr 2024 18:51
Kosayev Tural Kamil oğlunun ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb.
Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib.
İş üzrə toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, qətli törədən İsmayıl Allahverdiyev N saylı hərbi hissənini hərbi qulluqçusu olub.