METBUAT.AZ

İdman

“Turan Tovuz” “Zirə”ni məğlub etdi

6 Oktyabr 2024 19:54

Misli Premyer Liqasında IX turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu Faiq Hacıyev vurub.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Turan Tovuz” 2-ci, “Zirə” isə 15 xalla 4-cü pillədə qərarlaşıb.

Günün və turun son matçında “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəlir.


metbuat.az.