METBUAT.AZ

Dünya

Türkiyə Təhlükəsizlik Şurası toplanır -

3 Oktyabr 2024 10:27

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, iclasın əsas mövzularından biri Yaxın Şərqdəki son durum olacaq.

Toplantıda İranın İsrailə raket zərbələri və müharibənin Livana keçməsi kimi məsələlər geniş müzakirə olunacaq. Bununla yanaşı, Türkiyənin bu mövzuda mövqeyi də ətraflı şəkildə müzakirə ediləcək.

İclasda digər regional məsələlər də diqqət mərkəzində olacaq, təhlükəsizlik və geosiyasi mövzularda fikir mübadiləsi aparılacaq.


metbuat.az.