METBUAT.AZ

İqtisadiyyat

Türkiyədə 2023-dən sonra ilk -

3 Oktyabr 2024 11:24

Türkiyədə illik inflyasiya 2023-cü ilin yayından bəri ilk dəfə olaraq 50 faizdən aşağı düşüb.

Metbuat.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, istehlak qiymətləri sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49,38% artıb.

Sentyabr ayının aylıq inflyasiya göstəricisi isə 2,97% olub.

Bu azalma Türkiyədə inflyasiyanın tədricən yavaşladığını göstərir, lakin hələ də yüksək səviyyədə qalır.


metbuat.az.