METBUAT.AZ

Dünya

Türkiyədə zəlzələ oldu

6 Oktyabr 2024 20:11

Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə, Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur və sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Konya vilayətində 4,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.


metbuat.az.