METBUAT.AZ

İdman

Türkiyədən tarixi qələbə, Belçika Fransa ilə bacarmadı

15 Oktyabr 2024 00:58

UEFA Millətlər Liqasının IV turunda daha bir neçə oyun baş tutub.

Metbuat.az xəbər verir ki, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxıb.

B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olub. Qarşılaşma Türkiyə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Maraqlı oyunlardan biri də Almaniyada keçirilib. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşıb. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gəlib. Oyun İsveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Millətlər Liqası

IV tur

14 oktyabr

A Liqası

II qrup

22:45. İtaliya – İsrail – 4:1

22:45. Belçika – Fransa – 1:2

III qrup

22:45. Almaniya – Niderland -1:0

22:45. Bosniya və Herseqovina – Macarıstan – 0:2

B Liqası

I qrup

20:00. Gürcüstan – Albaniya – 0:1

22:45. Ukrayna – Çexiya – 0:1

IV qrup

22:45. Uels – Monteneqrov- 1:0

22:45. İslandiya - Türkiyə - 2:4

C Liqası

I qrup

20:00. Azərbaycan – Slovakiya – 1:3

22:45. Estoniya – İsveç – 0:3

Qeyd edək ki, Millətlər Liqasında IV tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.


metbuat.az.