METBUAT.AZ

Dünya

​Türkiyənin NATO alyansının üzvü olması əhəmiyyətlidir -

1 Oktyabr 2024 19:05

Türkiyənin NATO alyansının üzvü olması və Avropa Birliyi ilə yaxşı tərəfdaşlıq qurması son dərəcə əhəmiyyətlidir.

Metbuat.az xəbər verir ki, Finlandiya Prezidenti Alexander Stubb belə açıqlama verib. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edən Stubb Qəzzadakı hadisələr və Türkiyənin Avropa Birliyinə üzvlük prosesi kimi mövzularda müzakirələr aparıb. Türkiyənin beynəlxalq təşkilatlarla əlaqələri ilə bağlı prezident Stubb bildirib ki, Türkiyə dünyada fərqli sahələrdə bir sıra təşkilatlarla əməkdaşlıq edir. Bu məsələdə Türkiyə lider ölkədir.


metbuat.az.