METBUAT.AZ

Elm və Təhsil

Üç xanım direktor vəzifədən azad edildi -

9 Oktyabr 2024 11:51

Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.

Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.


metbuat.az.