26 Oktyabr 2024 17:15
Polşalı hakimlər Bartoş Frankovski və Tomas Musial cəzalandırılıblar.
Metbuat.az xəbər verir ki, buna ədalət təmsilçilərinin Çempionlar Liqasının “Reyncers” – “Dinamo” (Kiyev) oyunundan əvvəlki davranışları səbəb olub.
Şotlandiyadakı matça VAR hakimləri kimi təyinat alan polşalılar içkili vəziyyətdə yol hərəkəti qaydalarını pozduqları üçün qarşılaşmada başqa ədalət təmsilçiləri ilə əvəz olunublar. UEFA məsələni araşdıraraq hər iki hakimi 2025-ci ilədək diskvalifikasiya edib.
Qeyd edək ki, Frankovski dəfələrlə Azərbaycan komandalarının matçlarının baş hakimi olub. O, ötən il Avstriya – Azərbaycan (4:1) görüşündə, 2019-cu ildə “Dandalk” – “Qarabağ” (1:1), 2022-ci ildə “Qarabağ” – “Marsel” (0:3), 2023-cü ildə “Partizan” – “Sabah” (2:0, p.5:4) qarşılaşmalarını idarə edib.