27 Oktyabr 2024 09:04
Bəzi universitetlərdə əmək bazarında tələbat olmayan ixtisaslar tədris olunur.
Bir çox dünya universitetləri, xüsusilə inkişaf etmiş ölkələrin təhsil müəssisələri tələb və təklif balansına əsaslanaraq ixtisaslarını davamlı olaraq yeniləyirər. Onlar bəzi fənləri ümumi proqramlar çərçivəsində birləşdirirlər.
Bu tendensiya yalnız iqtisadi səbəblərə görə deyil, həm də yeni texnologiyaların inkişafı və əmək bazarının dəyişən tələbləri ilə bağlıdır. Lakin Azərbaycanda bəzi ixtisasların artıq müasir əmək bazarına uyğun olmadığı və ya çox dar ixtisaslaşma ilə məhdudlaşdığı müşahidə olunur.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, təhsil ekspertləri də bildirirlər ki, 1-ci ixtisas qrupu üzrə Geomatika və geodeziya, Materiallar mühəndisliyi, həmçinin 2-ci ixtisas qrupu üzrə Marketinq və Menecment kimi ixtisaslara üstünlük əvvəlki illərin qəbul planı ilə müqayisədə azalıb. Bundan başqa, tələbat olmayanların ləğv edilməsi ilə yanaşı, bəzi pedaqoji ixtisaslar üçün plan yerləri də azaldılmalıdır.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu tip ixtisaslar yeni texnoloji sahələrə inteqrasiya edilənlərlə əvəz olunmalıdır.
Təhsil eksperti hazırda universitetlərdə 4-cü ixtisas qrupunda Tibb ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac olduğunu da bildirib.
Daha ətraflı videoda: