METBUAT.AZ

Siyasət

"Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib"

2 Oktyabr 2024 22:14

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"dəki paylaşımında qeyd edib.

A.Hacızadə eyni zamanda vurğulayıb ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

"Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub", - o əlavə edib.


metbuat.az.