15 Oktyabr 2024 10:54
Gədəbəydə vəzifəli şəxs şəxs qız qaçırıb.
Metbuat.az xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayonda müəllim kimi çalışan qadını zorla qaçırıb. Həyata keçirilən tədbirlərlə A.İsmayılovun yeri Yevlax rayonunda müəyyən edilib və onun avtomobili saxlanılıb. Qaçırılan qadın ailəsinə təhvil verilib.
Hadisəni törətmiş şəxs saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.