METBUAT.AZ

Texnologiya

“WhatsApp”a kontaktlarla bağlı yenilik gəlir

7 Oktyabr 2024 22:14

"Meta" şirkətinin messenceri "WhatsApp" kontaktlarla bağlı yenilik edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "WhatsApp" beta iOS v24.20.10.76 vasitəsilə test edilən yenilik sayəsində kontaktı yalnız "WhatsApp" hesabınıza, yoxsa telefonunun öz tətbiqində saxlayacağınızı seçmək mümkün olacaq. "WhatsApp"da qeyd edilən kontakt məlumatları digər tətbiqlərdə gizlədilə biləcək.

İstifadəçilər qoşulmuş cihazlarda kontaktları asanlıqla idarə edə biləcək. "WhatsApp" istifadəçilərə bağlı cihazlardan kontaktları saxlamağa icazə verməklə əsas cihaza olan asılılığı azaltmağı hədəfləyir. Kontaktlar bütün cihazlar arasında avtomatik olaraq sinxronlaşdırılacaq.

Bundan əlavə, "WhatsApp" bir neçə yeni funksiyalar üzərində də işləyir. Məsələn, yeni funksiya ilə istifadəçilərin qrup söhbətləri üçün bildirişləri prioritetləşdirməsi mümkün olacaq.

Hazırda test mərhələsində olan bu funksiyalar tezliklə "WhatsApp" istifadəçilərinə təqdim olunacaq.


metbuat.az.