METBUAT.AZ

Texnologiya

"WhatsApp"da fotolarla bağlı yenilik -

10 Oktyabr 2024 20:03

“WhatsApp” fotolarla bağlı yeni funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funskiya istifadəçilərin bir-birilərinə göndərdiyi fotolarla bağlıdır. Belə ki, yeni funskiya istifadəçilərə göndərilən fotoların həqiqi olub-olmadığını yoxlamağa imkan verir. Yeni funksiya artıq Android üçün “WhatsApp”ın ən son beta versiyasında mövcuddur. Məsələn istifadəçilər başqa şirkətlərin məhsullarını öz xidmətləri kimi təqdim edərək müştəriləri manipulyasiya edə bilərlər. Lakin yeni funskiya sayəsində fotonu alan istifadəçi onun həqiqiliyini yoxlaya bilər. Fotonun kimə məxsus olduğunu müəyyən etmək üçün istifadəçi şəkli açaraq, yuxarı sağ küncdəki üç nöqtəyə klikləməlidir. Açılan “Onlayn tap” pəncərəsinə daxil olduqda “WhatsApp” standart brauzerinizi açaraq internetdə oxşar şəkilləri axtaracaq. İstifadəçilər bununla sosial şəbəkələrdə paylaşılan fotolar barədə də məlumat ala bilərlər.

Bildirilir ki, yeni funskiya müəllif hüquqlarının qorunmasına və saxta məlumatların ortaya çıxarılmasına xidmət edir.


metbuat.az.