METBUAT.AZ

Texnologiya

"WhatsApp" "Görmədim" bəhanəsinə son qoydu -

29 Oktyabr 2024 19:48

“WhatsApp” statuslarla bağlı yenilik edir.

Metbuat.az xəbər verir ki, “WhatsApp” istifadəçilərin bir-birilərinin statuslarını qaçırmaması üçün yeni funksiya üzərində işləyir. Məlumata görə, “WhatsApp” insanların status yeniləmələri üçün xatırlatma bildirişlərinin göndərilməsi üzərində işləyir. Yeni funksiya xatırlatma bildirişləri göndərərək status yeniləmələri barədə istifadəçiləri məlumatlandıracaq. Bununla bağlı bildiriş parametrlərində "Status yeniləmə xatırlatmaları" seçimi olacaq.

Bildirilir ki, bu funksiya tez-tez ünsiyyətdə olan və ya sevimli istifadəçi kimi qeyd olunan insanların statuslarını qaçırmamaq üçün faydalı ola bilər. Status yeniləmələri 24 saatdan sonra yoxa çıxdığından, xatırlatma bildirişləri yeni yazıların diqqət çəkməsinə səbəb olacaq. Bildirişlər yalnız istifadəçilərin söhbət və zənglər vasitəsilə müntəzəm əlaqə saxladıqları insanlar arasında işə salınacaq. Bir-birilə aktiv əlaqə qurmayan şəxslər bir-birilərindən intensiv bildiriş almayacaq. Status xatırlatmalarını aktivləşdirmək və ya söndürmək mümkün olacaq.

Yeni funksiya hazırda bəzi beta yükləmələri üçün əlçatandır.


metbuat.az.