METBUAT.AZ

Texnologiya

​“WhatsApp” videolarla bağlı inanılmaz funksiyasını istifadəyə verdi

16 Oktyabr 2024 19:48

“WhatsApp”ın istifadəyə verdiyi yenilik böyük maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, yenilik videoların izlənilməsinə aiddir. Yeni funksiya sayəsində iOS istifadəçiləri artıq “WhatsApp”da izlədikləri videoların sürətini tənzimləyə biləcəklər. Belə ki, uzun videoların hərəkətini artıraraq onları daha qısa müddətdə izləmək mümkün olacaq. “WhatsApp” videoları izləmək üçün 3 sürət təklif edib. Yeni funksiya videoları 1,5x və ya 2x sürətlə, eləcə də normal sürətlə izləməyə imklan verir. Sürət parametrini dəyişmək üçün videonun yuxarı sağ küncdəki parametrlər düyməsindən seçim etmək lazımdır. Yeni funksiya sayəsində “Picture-in-picture” (PIP) seçimi də gəlib. Bu xüsusiyyət sayəsində istifadəçilər eyni anda videolara baxarkən müxtəlif proqramlardan istifadə edə və ya digər söhbətlərini izləyə bilər.

Həmçinin, video ekranını kiçiltmək və istənilən yerə köçürmək mümkün olub. Bildirilir ki, “WhatsApp”ın bu yeni funksiyası istifadəçilərə proqramdan daha səmərəli istifadə etməyə imkan verəcək.


metbuat.az.