29 Oktyabr 2024 09:43
Xaçmazda iki qadın göbələkdən zəhərlənib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.
Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.