METBUAT.AZ

İdman

Xal itkisi Mourinyonu qəzəbləndirdi -

22 Oktyabr 2024 20:43

"Samsunspor"la 2-2 hesablı heç-heçədən sonra "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun heyətdə böyük dəyişikliklər edəcəyi bildirilib.

Metbuat.az xəbər verir ki, Mourinyonun Avropa Liqasında “Mançester Yunayted”ə qarşı start 11-də 4 dəyişiklik etməsi mümkündür. Məlumata görə, liqada “Samsunspor”la səfərdə 2 xal itirən Mourinyonun heyət seçimləri tənqid obyekti olub. İrfan Can Kahvecinin xüsusilə millidəki uğurlu oyunundan sonra “Samsunspor” matçına ilk 11-də başlayacağı irəli sürülsə də, Mourinyo onu ehtiyatda saxlayıb. Mourinyonun oyunçu əvəzetmələri və ilk 11 seçimi müzakirə edilərkən, portuqaliyalı çalışdırıcının heyətdə böyük dəyişiklik edəcəyi bildirilib.

Oostervolde “Samsunspor” matçında zədələndiyindən, Kostiç və Levent Mercan UEFA-ya təqdim edilən siyahıda olmadığından Osayi-Samuelin çətin matça ilk 11-də başlayacağı bildirilir. İlk 11-likdə meydana çıxması gözlənilən digər futbolçular isə Allan Saint-Maxim, İrfan Can Kahveci və Youssef En-Nesyridir.


metbuat.az.