METBUAT.AZ

Dünya

Xamenei İsrailə raket hücumu ilə bağlı açıqlama verdi

4 Oktyabr 2024 21:07

İranın dini lideri Ayətullah Əli Xamenei ölkəsinin İsrailə raket hücumu ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Xamenei 4 ildən sonra ilk dəfə paytaxt Tehranda cümə namazı qılıb. Tehranın İmam Xomeyni adına Böyük Musalla məscidində yüksək səviyyəli siyasi və hərbi rəsmilərlə birlikdə on minlərlə insanın iştirakı qılınan namazdan əvvəl İsrailin Beyruta hücumunda həyatını itirən Həsən Nəsrullahın anım mərasimi keçirilib. Namazdan əvvəl verdiyi xütbədə açıqlama verən Xamenei bildirib ki, İran hücumu özünümüdafiə məqsədi ilə həyata keçirib.

İranın dini lideri bəyan edib ki, ölkəsi mümkün əks-hücumlara cavab verməkdən çəkinməyəcək və dərhal cavab verəcək.


metbuat.az.