METBUAT.AZ

İdman

Xavi qayıdır -

8 Oktyabr 2024 09:42

“Mançester Yunayted” Xavi Hernandezi kluba gətirmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. “Fichajes”in məlumatına görə, Erik ten Hanın rəhbərliyi altında mövsümə zəif başlayan klub, onunla yollarını ayıracaq. İngilis nəhənginin Xavini razı salmaq üçün ona iddialı müqavilə təklif etməyə hazır olduğu bildirilib. Məlumatda deyilir ki, “Mançester Yunayted” Xavini razı salmaq üçün onun “Barselona”da çalışarkən bəyəndiyi Fermin Lopezi də transfer edə bilər. “Barselona” isə futbolçunu satmaq istəmir.

Qeyd edək ki, Kataloniya komandasının rəhbəri kimi ümumilikdə 143 oyuna çıxan ispan çalışdırıcı hər matçda orta hesabla 2,07 xal toplayıb. İngiltərə Premyer Liqasında 7 matç keçirən “Mançester Yunayted”, 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə cəmi 8 xal toplaya bilib.


metbuat.az.